"Sabah" basketbol klubu çətin mövsümü arxada qoyaraq uğur qazanıb.
Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssiz Azərbaycan Basketbol Liqasında "Abşeron Lions"a qarşı keçirilən final seriyasının üçüncü oyunundan sonra çempionliq təəssüratlarını bölüşüb:
"Abşeron Lions" komandasının da haqqını vermək lazımdır. Onlar sona qədər mübarizə apardılar.
Baxmayaraq ki, heyətlərində zədəli oyunçular var idi. Çətin mövsümü arxada qoyduq, bugünkü uğurumuza çox sevinirik.
Çempionlar Liqasında iştirak etmək hüququ qazanmışıq, növbəti oyunlarımız necə olacaq, bunu zaman göstərəcək".
Final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.