AZ

Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, bugünkü çempionluğumuza çox sevinirik"

"Sabah" basketbol klubu çətin mövsümü arxada qoyaraq uğur qazanıb.

"Report" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssiz Azərbaycan Basketbol Liqasında "Abşeron Lions"a qarşı keçirilən final seriyasının üçüncü oyunundan sonra çempionliq təəssüratlarını bölüşüb:

"Abşeron Lions"un komandasının da haqqını vermək lazımdır. Onlar sona qədər mübarizə apardılar. Baxmayaraq ki, heyətlərində zədəli oyunçuları var idi. Çətin mövsümü arxada qoyduq, bugünkü uğurumuza çox sevinirik. Çempionlar Liqasında iştirak etmək hüququ qazanmışıq, növbəti oyunlarımız necə olacaq, bunu zaman göstərəcək".

Qeyd edək ki, final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün qalibi adını qazanıb.

Seçilən
36
42
far.az

10Mənbələr