AZ

“Olduqca ağırdır, bu barədə çox düşünməyə dəyməz” – “Neftçi”dəki fransız

“Bizə çətin olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin vingeri İmad Faraj deyib.

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekunvurulacaq. Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq.

Hazırda paytaxt klubu 47 xalla 5-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Bu komandalar arasında ilk dövrədə baş tutan oyunda hesab açılmayıb. İkinci görüşdə isə “Neftçi” qələbə qazanıb - 2:1.

Fransalı legioner bu matçla bağlı fikirlərini bölüşüb:

“Süni ot örtüklü meydanda oynamaq olduqca ağırdır. Lakin bu barədə çox düşünməyə dəyməz.

Biz daha əvvəl orada qələbə qazanmışıq. İnanırıq ki, bu dəfə də meydandan 3 xalla ayrılacağıq”.

Seçilən
25
42
sportinfo.az

10Mənbələr