AZ

Sabah basketbol komandası ardıcıl dördüncü dəfə ölkə çempionu olub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil edilən qarşılaşma "bayquşlar"ın 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

Bununla da, Rimas Kurtinaytis ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
41
azertag.az

10Mənbələr