EN

Ermənistan–Türkiyə sərhədi: Turizm və iqtisadiyyata yeni nəfəs – ÖZƏL

Ermənistanla Türkiyə arasında sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilk növbədə turizm axınının artmasına və xidmət sektorunun canlanmasına səbəb olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan "Marqara" sərhəd-keçid məntəqəsinə baxış zamanı bildirib.

Onun sözlərinə görə, sərhədin açılması nəqliyyat xərclərini azaldacaq, tədarük zəncirlərini sadələşdirəcək və bazarlara çıxışı genişləndirəcək. Avetyan vurğulayıb ki, bu addım Ermənistanın ixracının şaxələndirilməsi, investisiya axınının artması və ölkənin məhdud marşrutlardan asılılığının azalması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir müavini əlavə edib ki, qısa və əlçatan logistika marşrutları Ermənistan istehsalçılarına yeni bazarlara çıxmağa və daha çevik təchizat imkanları yaratmağa şərait verəcək. O, sərhədin açılmasının təkcə Ermənistana deyil, bütövlükdə regiona fayda verəcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
65
50
olaylar.az

10Sources