Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan "Marqara" sərhəd-keçid məntəqəsinə baxış zamanı bildirib.
Onun sözlərinə görə, sərhədin açılması nəqliyyat xərclərini azaldacaq, tədarük zəncirlərini sadələşdirəcək və bazarlara çıxışı genişləndirəcək. Avetyan vurğulayıb ki, bu addım Ermənistanın ixracının şaxələndirilməsi, investisiya axınının artması və ölkənin məhdud marşrutlardan asılılığının azalması baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir müavini əlavə edib ki, qısa və əlçatan logistika marşrutları Ermənistan istehsalçılarına yeni bazarlara çıxmağa və daha çevik təchizat imkanları yaratmağa şərait verəcək. O, sərhədin açılmasının təkcə Ermənistana deyil, bütövlükdə regiona fayda verəcəyini qeyd edib.