AZ

“Yazıçı kitabını küçədə sata bilməz, satmamalıdır”

“Yazıçı kitabını küçədə sata bilməz, satmamalıdır”.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

N.Cəfərov yazıçı məhsullarının prodüser vasitəsilə satışı və tanıdılmasının vacibliyini vurğulayıb.

“Bu məsələ konsepsiya çərçivəsində həllini tapmalıdır. Yazıçıya qanunla “yaxşı yazmaq” tələbini necə qoymaq olar? Yaxud yazıçını necə cəzalandırmaq olar? Bütün bunları nəzərə alaraq “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində bir sıra məsələlərə yenidən baxılmasına ehtiyac var”, - o qeyd edib.

Seçilən
87
18
redaktor.az

10Mənbələr