AZ

Nizami Cəfərov: “Yazıçı kitabını küçədə sata bilməz”

“Yazıçı öz kitabını küçədə, meydanda sata bilməz".

Kulis.az xəbər verir ki, bu fikirləri akademik Nizami Cəfərov media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyası zamanı deyib.

Akademik yazıçı və yaradıcı insanların əməyinin dəyərli və sistemli şəkildə təqdim olunmasının vacib olduğunu qeyd edib:

“Bu hal bizim başımıza bir vaxtlar gəlib. Məhəmməd Hadi öz kitabının səhifələrini satmağa məcbur qalırdı. Bizim o dövrə yenidən qayıtmaq fikrimiz yoxdur. Çünki həmin dövr artıq bitib”.

O, müasir dövrdə yazıçıların əsərlərinin satışı və tanıdılması fərdi səylər hesabına deyil, peşəkar prodüser mexanizmləri vasitəsilə həyata keçirilməli olduğunu bildirib.

Seçilən
75
50
kulis.az

10Mənbələr