EN

Macarıstan Avropa İttifaqını tərk etməyəcək - Orban

Macarıstan Avropa İttifaqını tərk etməyəcək, Avropa İttifaqı özü parçalanacaq .

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Orban Macarıstanın Aİ-dən çıxmaq ehtimalını rədd edib və bunun üçün məntiqi əsasın olmadığını qeyd edib.

"Aİ üzvlüyü vacib bir fürsətdir, amma əgər biz təkcə bu blokda ilişib qalsaq, vəziyyət ürəyaçan olmayacaq . Amerika, Rusiya, Çin, Ərəb dünyası və Türk dünyası da daxil olmaqla, bütün bloklarla ən yaxşı münasibətlər qurmaq məntiqlidir",- deyə Orban əlavə edib.

O vurğulayıb ki, Macarıstanın gələcəyi blok və NATO çərçivəsindədir lakin bunun üçün suveren xarici siyasət və iqtisadi siyasət yürüdülməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
42
50
olaylar.az

10Sources