AZ

Rusiya XİN: Ermənistanın Aİ-yə üzv olmaq marağı narahatlıq doğurmaya bilməz

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması həm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək.

"Far.Az" xəbər verir ki, bunu TASS agentliyinə verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzv olmaq marağı narahatlıq doğurmaya bilməz:

"Ümid edirik ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan Brüssellə yaxınlaşmanın həm müttəfiq münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini dərk edir".

Seçilən
35
15
far.az

10Mənbələr