AZ

Aİ Ermənistandan Rusiyaya qarşı tam siyasi həmrəylik tələb edə bilər – Rusiya XİN » AzadMedia.az

Aİ


Avropa İttifaqının (Aİ) rəhbərliyi müəyyən mərhələdə Ermənistandan Brüsselin hazırkı açıq anti-Rusiya xarici siyasəti ilə tam siyasi həmrəylik tələb edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin direktoru Vladislav Maslennikov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ-yə namizəd olan istənilən ölkədən bir vaxt sonra Brüsselin xarici siyasətinə tam uyğunluq gözlənilir:

“Brüssel müəyyən mərhələdə hər bir namizəd ölkədən öz xarici siyasəti ilə, hazırda isə açıq şəkildə anti-Rusiya kursu ilə tam həmrəylik tələb etməyə başlayır”.

Maslennikov Ermənistanın Avropa inteqrasiyası planlarını şərh edərək qeyd edib ki, Yerevan bütün tələbləri yerinə yetirsə belə, bu, Aİ üzvlüyünə zəmanət vermir.

Rusiya XİN rəsmisi buna misal olaraq Qərbi Balkan ölkələrini göstərib:

“Albaniya (2000-ci ildən), Şimali Makedoniya (2004), Monteneqro (2008) və Serbiya (2009) artıq onilliklərdir ki, ‘Aİ üzvlüyü növbəsindədirlər’. Onlar Avropa bürokratlarının sərt, çox vaxt əhali arasında populyar olmayan tələblərini yerinə yetirsələr də, hələ də ‘Avropa arzusu’na yaxınlaşmayıblar”.
Maslennikov əlavə edib ki, mövcud vəziyyətdə Aİ üzvlüyü namizəd ölkələrin rifahına da zəmanət vermir:

“Avropa İttifaqına üzvlüyünün 20 illiyini qeyd edən Baltikyanı ölkələrdə iqtisadi göstəricilər və demoqrafik vəziyyət, yumşaq desək, qənaətbəxş deyil”.
Xəbər TASS agentliyinin məlumatına əsaslanır.

Seçilən
51
48
azadmedia.az

10Mənbələr