Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov deyib.
Onun sözlərin görə, bu, postsovet məkanında inteqrasiya proseslərinin inkişafına da mənfi təsir göstərəcək:
"Avropa Birliyi sürətlə aqressiv hərbi-siyasi bloka çevrilib. Qurumun Rusiya ilə qarşıdurmaya yönəlmiş strateji kursu nəzərə alınmaqla, Ermənistanın bu təşkilata üzv olmaq marağı narahatlıq yaratmaya bilməz”.