Diplomat qeyd edib ki, üzvlük yolunda Brüssel gec-tez namizəd ölkələrdən öz xarici siyasət kursuna tam həmrəylik tələb etməyə başlayır.
Maslennikov bildirib ki, Aİ-yə namizədlik prosesi Brüsselin hazırkı "anti-Rusiya xətti" ilə tam uzlaşmağı məcburi edir.
Rusiya rəsmisi Qərbi Balkan ölkələrini (Albaniya, Şimali Makedoniya, Serbiya, Monteneqro) misal çəkərək, onilliklərdir ağır şərtləri yerinə yetirən ölkələrin hələ də üzv ola bilmədiyini xatırladıb: "Brüsselin bütün tələblərini yerinə yetirmək hələ Aİ-yə üzvlük demək deyil."
Diplomatın fikrincə, Aİ üzvlüyü heç də rifah vəd etmir. O, buna nümunə olaraq 20 ildir ittifaqda olan Baltikyanı ölkələrin "qənaətbəxş olmayan" iqtisadi və demoqrafik göstəricilərini göstərib.