EN

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından vergi tutulacaq

Bakı. Trend:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunaaid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdluişdən aylıq gəlirlərindən vergi tutulacaq.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi VergiMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan vəqeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyənfiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakıgöstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dəkaşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək3 faiz
2500 manatdan 8000 manatadək75 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi
8000 manatdan çox olduqda625 manat + 8000 manatdan çox olan məbləğin 14faiz

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dəkaşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək5 faiz
2500 manatdan 8000 manatadək125 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi
8000 manatdan çox olduqda675 manat + 8000 manatdan çox olan məbləğin 14faizi

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğunolaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək7 faiz
2500 manatdan 8000 manatadək175 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi
8000 manatdan çox olduqda725 manat + 8000 manatdan çox olan məbləğin 14faizi

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyətiolmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərindəişləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğunolaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlirVerginin dərəcəsi
8000 manatadək0 faiz
8000 manatdan çox olduqda8000 manatdan çox olan məbləğin 14 faizi

Bildirilib ki, qeyri-neft özəl sektorda əmək haqqı gəlirləriüzrə fiskal yükün tənzimlənməsi istiqamətində aşağıdakılar həyatakeçiriləcək:

  • proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirinməbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10%və 14% dərəcələri ilə);
  • sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-əendirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%);
  • tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdanyuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%)endirilməsi

1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəlbölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi vəsosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.

Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçünəlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının vəəmək haqqının əhəmiyyətli leqallaşması, əmək haqqı fondununböyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcəkpensiya təminatı üçün real maliyyə bazasının formalaşması (pensiyakapitalının həcminin artması), əhalinin leqal və daha yüksək əməkhaqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi,ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədəböyüməsi olub.

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsiüzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə459.9 min vahid və ya 85,2 %artaraq 2025-ci ilin avqust ayının 1-nə 999.9 minəçatıb və cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,2%-ə yüksəlib.

Həmçinin 2018-ci il ilə müqayisədə 2024-cü ildə cəmi əmək haqqıfondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektorüzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığortahaqları üzrə daxilolma 2,5 dəfə, o cümlədənqeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. DövlətSosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin(transfert) xüsusi çəkisi 35,6 %-dən 17,5 %-dəkazalıb.

Müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin vəiş yerlərinin rəsmiləşdirilməsinə, kölgə iqtisadiyyatının həcmininazalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsirgöstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfəverib.

Vurğulanıb ki, aparılmış islahatların nəticələrinin qorunubsaxlanılması və müvafiq sahədə stabilliyin təmin edilməsiməqsədilə, neft-qaz sektorunda fəaliyyət göstərməyən vəqeyri-dövlət sektoruna aid vergi ödəyicilərində çalışan fizikişəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən tutulanvergi və sığorta haqlarına yenidən baxılması, həmçinin müvafiqsahədə diferensial yanaşma əsasında, mərhələli və yumşaq keçidləvergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılmasızərurəti yaranıb.

Mövcud vəziyyətə görə, qeyri-neft özəl sektoru üzrə muzdlu işdənaylıq gəlirin vergi və sığorta dərəcəsinin tənzimlənməsiistiqamətində qanunvericiliyə təklif edilən dəyişikliklərləaşağıdakılar proqnozlaşdırılır:

  • mərhələli və yumşaq keçidlə biznesin fiskal yükününtənzimlənməsi, neytral saxlanılması və büdcə gəlirlərininqorunması;
  • şəffaflaşma nəticələrinin qorunub-saxlanılması;
  • müvafiq sahədə "kölgə" imkanlarının minimuma endirilməsi;
  • işçilərin gəlirlərindən tutulmaların minimal səviyyədəsaxlanması ilə rəsmi gəlirlərin artırılması vəstimullaşdırılması.
Chosen
110
11
az.trend.az

10Sources