AZ

Bu gündən maaşlardan bu qədər vergi tutulacaq – Tam siyahı

Bu gündən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 2500 manatadək 3 faiz 2500 manatdan 8000 manatadək 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 2500 manatadək 5 faiz 2500 manatdan 8000 manatadək 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 2500 manatadək 7 faiz 2500 manatdan 8000 manatadək 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi 8000 manatadək 0 faiz 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
MənbəMODERN.AZ
Seçilən
58
11
banker.az

10Mənbələr