AZ

Bu gündən maaşlardan vergi tutulacaq - TAM SİYAHI

Bu gündən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

News365.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

 

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi     
2500 manatadək3 faiz      
2500 manatdan 8000 manatadək75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz 

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi     
2500 manatadək5 faiz      
2500 manatdan 8000 manatadək125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi 

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi     
2500 manatadək7 faiz      
2500 manatdan 8000 manatadək175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi 

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlirVerginin dərəcəsi  
8000 manatadək0 faiz   
8000 manatdan çox olduqda8000 manatdan çox olan
Seçilən
45
11
news365.az

10Mənbələr