Bu gündən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.
Modern.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.
2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi 2500 manatadək3 faiz 2500 manatdan 8000 manatadək75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi8000 manatdan çox olduqda625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi 2500 manatadək5 faiz 2500 manatdan 8000 manatadək125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi8000 manatdan çox olduqda675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:
Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi 2500 manatadək7 faiz 2500 manatdan 8000 manatadək175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi8000 manatdan çox olduqda725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergiyə cəlb edilən aylıq gəlirVerginin dərəcəsi 8000 manatadək0 faiz 8000 manatdan çox olduqda8000 manatdan çox olan məbləğin 14 faizi