EN

Premyer Liqa: 11-ci tura “Zəfər turu” adı verildi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turu “Zəfər turu” adlanacaq.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Zəfər turu”nun oyunları üç günü əhatə edəcək. Tura noyabrın 7-də start veriləcək. Son görüşlər isə ayın 9-da baş tutacaq. 44 günlük Vətən müharibəsinin şərəfinə bu turun bütün oyunları ənənəvi olaraq saatın tamamında yox, 44-cü dəqiqədən etibarən start götürəcək.

Azərbaycan, Premyer Liqa
11-ci tur

7 noyabr

“Şamaxı” – “İmişli”
Şamaxı şəhər stadionu, 13:44.

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:44.

8 noyabr

“Araz-Naxçıvan” – “Karvan-Yevlax”
“Dalğa Arena”, 15:44.

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 18:44.

9 noyabr

“Kəpəz” – “Sabah”
Qəbələ şəhər stadionu, 15:44.

“Qarabağ” – “Neftçi”
Bakı. “Azərsun Arena”, 18:44.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
388
16
arena.az

10Sources