EN

Taylan Bulut “Beşiktaş”da

Almaniyanın “Şalke” klubunun 19 yaşlı sağ cinah müdafiəçisi Taylan Bulut bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

19 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Qara qartallar” bu transferə görə “Şalke”yə 6 milyon avro ödəyiblər.

Taylan Bulut “Şalke”nin yetirməsidir. O, sözügedən klubun əsas komandasında 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Taylan Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının (U-16, U-17, U-18 və U-19) formasını geyinib.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Chosen
69
18
arena.az

10Sources