Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Viral.az xəbər verir ki, “Neftçi” komandası eyniadlı arenada “Şamaxı”nı qəbul edib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.
Son Yazılar:
- “Neftçi” “Şamaxı” ilə bacarmadı
- İnsan alveri, dələduzluq, xuliqanlıq – İsmayılovların kriminal keçmişi
- Ərdoğan Alyaska görüşü barədə: “Türkiyə buna hazırdır…”
Hər iki qol standart vəziyyətdən vurulub. 23-cü dəqiqədə qonaq komandanın yeni transferi Karim Rossi cərimə zərbəsini dəqiq yerinə yetirib. 45+2-ci dəqiqədə isə meydan sahiblərinin kapitanı Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.
73-cü dəqiqədə “Neftçi”nin və Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov zədələnərək, əvəzlənib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Qəbələ” ilə heç-heçə edib – 1:1. “Turan Tovuz” isə “İmişli”yə qalib gəlib – 1:0.