EN

"Mançester Siti" onunla anlaşır

style='margin-bottom:10px;'>

“Mançester Siti” PSJ-nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma ilə şəxsi müqavilə şərtlərini razılaşdırmağa yaxındır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

“Şəhərlilər” transferin reallaşacağına optimist yanaşırlar.

Xatırladaq ki, avqustun 12-də Donnarumma azarkeşlərə müraciət edərək PSJ-dən ayrılacağını təsdiqləmişdi.

26 yaşlı qapıçı 2021-ci ilin iyulundan Paris təmsilçisinin şərəfini qoruyurdu. O, PSJ ilə 161 oyuna çıxıb və 56 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Chosen
49
50
teleqraf.com

10Sources