"Bavariya"nın futbolçusu Kingsli Komannın "Əl-Nəsr"ə transferi rəsmiləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı cinah oyunçusu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir.
Daha əvvəl mətbuatda "Əl-Nəsr"in Komanın transferi üçün 30 milyon avro ödədiyini yazılmışdı.
Qeyd edək ki, Koman 2015-ci ilin yayında icarə əsasında "Yuventus"dan Münhen təmsilçisinə keçmişdi. 2017-ci ilin yayında hücumçu alman nəhənglərinin daimi oyunçusuna çevrilmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 339 matçda iştirak edib, 72 qol vurub və 71 məhsuldar ötürmə verib.