EN

Pxenyan ABŞ və Cənubi Koreyanın hərbi təlimlərini pisləyib – ÖZƏL

KXDR ABŞ və Cənubi Koreyanın planlaşdırdığı birgə hərbi təlimləri kəskin şəkildə tənqid edib və bunun mənfi nəticələr doğuracağı barədə xəbərdarlıq edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın müdafiə naziri No Qvan Çxorun bəyanatına istinadən Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"ABŞ və Cənubi Koreyanın KXDR ilə hərbi qarşıdurma mövqeyini açıq şəkildə nümayiş etdirən, regionda təhlükəsizlik vəziyyətinə ciddi təhdid yaradan və təxribat xarakteri daşıyan addımlarını qətiyyətlə pisləyirik. Onların hərəkətlərinin gətirəcəyi mənfi nəticələr barədə ciddi xəbərdarlıq edirik", - deyə bəyanatda bildirilib.

Pxenyan planlaşdırılan təlimləri "Şimali Koreyaya qarşı birbaşa hərbi təxribat" və "Koreya yarımadasındakı vəziyyətin qeyri-müəyyənliyini artıran təhlükə" adlandırıb. Bildirilib ki, ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin nümayişi əks təsir göstərərək daha "təhlükəli vəziyyət" yaradacaq.

"Silahlı qüvvələrimiz ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə qarşı ardıcıl və qəti cavab verməyə hazır olacaq, istənilən təxribatçı addıma cavab olaraq özünümüdafiə hüququ çərçivəsində suveren hüquqlardan sərt şəkildə istifadə edəcək", - deyə KXDR rəhbərliyi bəyan edib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ 18-28 avqust tarixlərində "Ulchi Freedom Shield 25" (UFS) adlı genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır. Yonhap agentliyinin məlumatına görə, planlaşdırılan 40 sahə məşqindən təxminən 20-si sentyabra təxirə salınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
135
13
olaylar.az

10Sources