AZ

Şimali Koreyanın müdafiə naziri: Təlimlər bölgədə təhlükəsizliyi zəiflədir...

KXDR ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinin nəticələri barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri No Qvan Çxol ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi Ulchi Freedom Shield hərbi təlimlərinin regionun təhlükəsizlik vəziyyətini daha da gərginləşdirdiyini bildirib. Onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

ABŞ və Cənubi Koreya hərbçilərinin iştirakı ilə manevrlər 18–28 avqust tarixlərində keçiriləcək, bəzi sahə təlimləri isə sentyabrda davam edəcək. Nazir qeyd edib ki, bu təlimlərdə yalnız KXDR-a qarşı deyil, həm də regiondakı digər ölkələrə qarşı yönəlmiş yeni döyüş metodları sınaqdan keçiriləcək.

ABŞ və Cənubi Koreyanın KXDR ilə hərbi qarşıdurma niyyətini göstərən və Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə ciddi təhdid yaradan təxribatçı hərəkətlərini qətiyyətlə pisləyirik”, — deyə No Qvan Çxol vurğulayıb.

O, ABŞ və Cənubi Koreyanın “saxlama bəhanəsi ilə” yaratdığı hərbi təhlükəni yarımadada gərginliyin əsas səbəbi adlandırıb və güc nümayişinin əks nəticə verəcəyini, təlimlərdə iştirak edənləri daha az təhlükəsiz edəcəyini bildirib. Nazir əlavə edib ki, KXDR ordusu “ardıcıl və qəti cavab” verməyə hazırdır və hər hansı təxribat zamanı özünümüdafiə hüququndan istifadə edəcək.

Qeyd edək ki, iyul ayında Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və müttəfiqlərinin KXDR-ə qarşı təxribatlarını davam etdirdiyini, yarımadada münaqişə potensialının “çox ciddi” olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Vaşinqton və tərəfdaşları regionda getdikcə daha genişmiqyaslı, bəzi hallarda “nüvə komponentli” hərbi təlimlər təşkil edirlər. Lavrov Moskvanın Pxenyanın qanuni hüquqlarını təmin etmək üçün lazım olan addımları atmağa davam edəcəyini vurğulamışdı.

Poliqon.info

Seçilən
120
10
poliqon.info

10Mənbələr