AZ

Cənubi Koreya və ABŞ irimiqyaslı hərbi təlimlərə başlayıblar

Bakı. Trend:

Cənubi Koreya və ABŞ Silahlı Qüvvələri Koreya yarımadasınıncənubunda 28 avqusta qədər davam edəcək irimiqyaslı “Ulchi FreedomShield” təlimlərinə başlayıblar.

Trend xəbər verir ki,məlumatı “Yonhap” agentliyi yayıb.

Bildirilib ki, təlimlərin məqsədi birgə müdafiə imkanlarınıgücləndirmək, əməliyyat uyğunluğunu artırmaq və real təhdidlərzamanı bütün sahələrdə koordinasiyalı fəaliyyətləri məşq etməkdir.Manevrlərə təxminən 18 min cənubi koreyalı hərbçi qatılacaq.

Pxenyan isə ənənəvi olaraq bu cür təlimləri KXDR-ə müdaxiləssenarisi adlandırır. Cənubi Koreya və ABŞ isə manevrlərin sırfmüdafiə xarakteri daşıdığını bildirirlər. Avqustun 11-də KXDRmüdafiə naziri No Qvan Çxol təlimləri kəskin tənqid edib vəPxenyanın özünümüdafiə hüququnu qoruyacağını açıqlayıb.

Məlumata görə, isti hava şəraiti və bəzi poliqonların yararsızolması səbəbindən təlimlərin bir hissəsi sentyabr ayınakeçirilib.

Bununla yanaşı, “Ulchi Freedom Shield” çərçivəsində CənubiKoreya hökumətinin mülki müdafiə təlimləri də təşkil olunacaq.Təxminən 580 min dövlət qulluqçusunun qatılacağı məşqlərçərçivəsində avqustun 20-də bütün ölkədə hava həyəcanı zamanıdavranış qaydaları üzrə praktiki məşq keçiriləcək.

Seçilən
16
13
az.trend.az

10Mənbələr