AZ

Şimali Koreyadan ABŞ-Cənubi Koreya hərbi təlimlərinə REAKSİYA

ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” birgə hərbi təlimləri regionda təhlükəsizlik vəziyyətini pisləşdirir.

Bakues.az “DHA”ya istinadən xəbər verir ki, bu barədə KXDR-in müdafiə naziri No Qvanq Çol açıqlama verib.

“Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurma arzusunu nümayiş etdirən və Koreya yarımadasında təhlükəsizliyə növbəti dəfə ciddi problem yaradan təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyirik”, – deyə nazir bu təlimlərin mümkün mənfi nəticələri barədə sərt xəbərdarlıq edib.

O, həmçinin qeyd edib ki, hər hansı təxribat xarakterli hərəkətlərə cavab veriləcək.

Asim

Seçilən
154
13
icma.az

10Mənbələr