EN

Hovuzda gizli TƏHLÜKƏ: Uşaqlar üçün 8 risk

Yay aylarında uşaqların sevimli fəaliyyəti olan hovuzda üzmək, əgər gigiyena qaydalarına əməl olunmazsa, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Uşaq həkimi Dr. Şeyma Cüneydi hovuzlarda uşaqları gözləyən 8 əsas təhlükəyə diqqət çəkib.

Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir. 

Ən çox rast gəlinən problemlər ishal və sidik yolları infeksiyasıdır. Bunlara hovuz suyunun kifayət qədər təmizlənməməsi səbəb olur. Eyni zamanda konjonktivit (göz iltihabı), xarici qulaq infeksiyası və vajinit də mikroblu hovuz sularından qaynaqlanır.

Hepatit A kimi qaraciyər infeksiyaları da hovuz sularından ötürülə bilər. Siğillər və dəri infeksiyaları da gigiyenik olmayan hovuzların nəticəsidir. Bundan başqa, yüksək miqdarda xlor istifadəsi uşaqlarda astma krizlərini tetikleyə bilər.

Uzmanlar, uşaqların hovuz istifadəsi zamanı gigiyenaya ciddi əməl olunmasını və suyun dezinfeksiyasının mütəmadi yoxlanmasını tövsiyə edir.

Xeyrənsə Piriyeva

Chosen
17
2
news24.az

10Sources