ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Yayda bəzi qidaların düzgün saxlanmaması, yanlış hazırlanması və ya artıq miqdarda qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bəzi hallarda isə ölümlə nəticələnən zəhərlənmələr də müşahidə olunur.
BAKU.WS yay aylarında yeyilməsi yüksək risk daşıyan 3 qidanı təqdim edir:
Ət və kolbasa məhsulları (xüsusilə açıqda satılanlar)
Belə ki, belə məhsullar istidə çox tez xarab olur. Həmçinin salmonella, Listeria, E. coli kimi bakteriyalar arta bilər. Yayda təhlükəli və mənşəyi məlum olmayan kolbasa məhsullarından zəhərlənmə ağır keçir və müalicə olunmazsa ölüm riski var.
Çiy və ya yarımçıq bişmiş yumurta
Çiy və yarımçıq bişən yumurta əsasən, tort kremi, salatlar içində olur. Bu qidalarda salmonella riski çox yüksəkdir.
Kremli şirniyyatlar (xüsusilə dondurma və açıqda satılan tortlar)
Kremli şirniyyatlar (xüsusilə dondurma və açıqda satılan tortlar) tez xarab olur, bakteriyalar sürətlə artır. Qida zəhərlənməsi ilə nəticələnə bilər, xüsusən uşaqlarda və yaşlılarda ağır keçir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.