AZ

Həkim: Yay olsa da buzlu içkilərdən istifadəni məhdudlaşdırmaq yaxşı olar

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son günlər ölkədə temperaturun qəfil yüksəlməsi insan sağlamlığına təsir göstərən əsas amillərdən birinə çevrilib. Havanın kəskin dəyişməsi ürək-damar, tənəffüs və sinir sistemi üçün əlavə risk yaradır. Həkimlərin sözlərinə görə, belə şəraitdə orqanizm yeni iqlim rejiminə uyğunlaşmaqda çətinlik çəkir və bu, baş ağrısı, halsızlıq, təzyiqin dəyişməsi, eləcə də yuxu pozğunluqları ilə müşahidə oluna bilər.Mövzu ilə bağlı həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, son zamanlar hədsiz dərəcədə, yoxlanışdan keçən pasiyentlərimiz çoxalıb:“Qulaq ağrısı, qrip, pnevmoniya halları çoxalıb. Çox təəssüf ki, bu, bir göstəricidir ki, yetərincə Azərbaycan xalqı hava keçidlərinə nə fiziki, nə də mənəvi olaraq hazır deyil. Buna görə də burada diqqət edilməli vacib nüans odur ki, biz hər hava şəraitinə uyğunlaşmalıyıq. Geyimimiz də havaya uyğun olmalıdır istidə yüngül, soyuqda isti geyim. Əgər hər hansı bir narahatçılıq varsa, öncə pnevmoniya və qripi bir-birindən ayırmaq lazımdır. Əgər təngnəfəslik dərəcəsi artırsa və temperatur aşağı düşmürsə, bu artıq qrip deyil, pnevmoniyaya çevrilə bilər. Ona görə də dərhal təcili yardıma müraciət olunmalıdır. Hətta adi qrip halında belə, ailə həkimi ilə məsləhətləşmə tövsiyə olunur. Özbaşına hər hansı bir preparat qəbul etmək doğru deyil”. Həkim əlavə edib ki, səhv diaqnoz və səhv müalicə vəziyyəti daha da ağırlaşdıra bilər:“Mümkün qədər soyuq içkilərdən uzaq durmaq lazımdır. Yayda belə olsa, buzlu içkilərdən istifadəni məhdudlaşdırmaq yaxşı olar. Xüsusilə simptomlu vəziləri olan insanlarda, angina riski olanlarda bu proses daha da ciddiləşə bilər. Havanın qeyri-sabit keçməsi, istinin və soyuğun tez-tez dəyişməsi, kondisionerlər və digər xarici faktorlar orqanizmə müsbət təsir göstərmir. İsti havanın yeganə faydası D vitamini qəbuludur. Lakin bu zaman da mütləq qoruyucu vasitələr  istifadə olunmalı, günün ən isti saatlarında  birbaşa günəş altında olmaqdan çəkinmək lazımdır. Bu saatlarda dəri yanıqları və digər zərərlər yarana bilər. İsti hava, nəqliyyatda sıxlıq, içəridə kondisioner, çöldə isə güclü istilik insan orqanizminə mənfi təsir göstərir. Bu keçidli havalara cəmiyyət olaraq tam uyğunlaşmamışıq. Ən çox zərər görənlər şəkərli diabet, yüksək təzyiq, astma, 60 yaşdan yuxarı şəxslərdir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
26
demokrat.az

10Mənbələr