EN

Qrizmann “Atletiko”da yerini itirə bilər

Fransalı hücumçu Antuan Qrizmann “Atletiko”nun start heyətindəki mövqeyini itirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Madrid klubunda nəsl dəyişikliyi və ümumi yenilənmə prosesi başlayıb. Bu dəyişikliklər fonunda 34 yaşlı futbolçunu ciddi rəqabət və sınaq gözləyir.

Əgər Qrizmann yeni tələblərə uyğunlaşa bilməsə, ehtiyat oyunçular skamyasına göndərilə bilər. Təcrübəli hücumçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalı Qrizmannın bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir. O, “Atletiko”nun heyətində 445 oyuna çıxıb, 198 qol vurub və 93 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
19
7
90deqiqe.az

10Sources