EN

Rumıniya Azərbaycandan neft alışını iki dəfə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 378milyon ABŞ dolları dəyərində 686 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 165,8 milyon ABŞ dolları və ya 1,8dəfə, həcm ifadəsində isə 341,5 min ton və ya 2 dəfə çoxdur.

Dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsindəisə 947,5 min ton və ya 8,5% çoxdur.

Məqalədə:
Chosen
17
11
az.trend.az

10Sources