EN

Azərbaycanda 6 ayda avtomobil nəqliyyatı ilə 6,4 milyard dollarlıq yük daşınıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatıvasitələri ilə 6,4 milyard ABŞ dolları dəyərində 3,1 milyon ton yükdaşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 500,8 milyon ABŞ dolları və ya 8,4%, həcmifadəsində isə 242,8 min ton və ya 8,6% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan1,2 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yük ixrac edilibki, bu da illik müqayisədə dəyər baxımından 269,4 milyon ABŞdolları və ya 28,4%, həcm ifadəsində isə 216 min ton və ya 19,9%artım deməkdir.

Eyni zamanda, dövr ərzində avtomobil nəqliyyatı vasitəsiləAzərbaycana 5,2 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton yükidxal edilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyənisbətən dəyər ifadəsində 231,4 milyon ABŞ dolları və ya 4,6%, həcmbaxımıdan isə 26,8 min ton və ya 1,5% artıb.

Məqalədə:
Chosen
27
2
az.trend.az

10Sources