EN

“Real Oviedo” “Atletiko”nun qapıçısını transfer edib

La Liqada yeni mövsümə hazırlaşan “Real Oviedo” heyətinə qapıçı əlavə edib.

90deqiqe.Az xəbər verir ki, İspaniya klubu Madrid “Atletiko”sundan rumıniyalı qolkiper Horatsiu Moldovanı bir illik icarəyə götürüb.

27 yaşlı qapıçı “Atletiko”ya 2024-cü ilin qışında transfer olunmuşdu. Həmin müddətdə o, yalnız bir dəfə icarəyə göndərilib – ötən mövsüm A Seriyası təmsilçisi “Sassuolo”da çıxış edib. Yay fasiləsində “Atletiko”ya qayıdan Moldovan artıq karyerasını La Liqanın debütantı “Real Oviedo”da davam etdirəcək.

Transfermarkt portalı təcrübəli qolkiperi 2,2 milyon avroya dəyərləndirir.

Qeyd edək ki, “Real Oviedo” uzun illərdən sonra elitaya vəsiqə qazanıb. Komanda ötən mövsümün sonunda Sequnda divizionunda keçirdiyi pley-off mərhələsində “Mirandes”i məğlub edərək La Liqaya yüksəlib.

Chosen
75
50
90deqiqe.az

10Sources