AZ

“Bavariya” qapıçısını icarəyə verdi

İsrail millisinin qapıçısı Daniel Perets “Bavariya”dan “Hamburq”a icarəyə verilib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Bundesliqanın yeni üzvünə 2025/2026 mövsümünün sonunadək icarə əsasında qoşulacaq.

Perets Almaniya nəhəngi “Bavariya”ya 2023-cü ilin yayında Tel-Əviv “Makkabi”sindən transfer olunmuşdu. Geridə qalan mövsümdə Bundesliqada cəmi 3 oyunda iştirak edən israilli qapıçı ümumilikdə 6 görüşdə “Bavariya”nın formasını geyinib və bu matçlarda qapısından 7 top buraxıb.

Qeyd edək ki, Daniel Perets eyni zamanda İsrail milli komandasının da şərəfini qoruyur. Onun hesabında millidə 7 oyun var.

Xatırladaq ki, “Hamburq” ötən mövsümün sonunda uzun fasilədən sonra yenidən Bundesliqaya vəsiqə qazanıb.

Seçilən
20
50
90deqiqe.az

10Mənbələr