AZ

"Bavariya" Voltemade üçün danışıqları dayandırdı

"Ştutqart"ın hücumçusu Nik Voltemadenin transferi ilə bağlı "Bavariya"nın apardığı danışıqlar nəticəsiz başa çatıb.

90deqiqe.Az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Münhen klubu hazırda transfer planlarında dəyişiklik edərək diqqətini "Liverpul"un vingeri Luis Diasa yönəldib.

Mənbənin yazdığına görə, "Bavariya" rəhbərliyi "Ştutqart"ın kompromisə yanaşmamasından sonra danışıqları dayandırmaq qərarına gəlib. Klubun yaxın müddətdə Voltemade üçün yeni təklif irəli sürəcəyi gözlənilmir.

23 yaşlı forvard ötən mövsüm bütün turnirlər daxilində 33 oyuna çıxaraq 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Ştutqart"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı Voltemadenin bazar dəyərini 30 milyon avro olaraq göstərir.

Seçilən
34
50
90deqiqe.az

10Mənbələr