AZ

"Cenoa" “İnter”in futbolçusunu icarəyə götürüb

Argentina əsilli yarımmüdafiəçi Valentin Karboni karyerasını İtaliya A Seriyasının digər təmsilçisi “Cenoa”da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu “İnter”dən bir mövsümlük icarəyə götürülüb.

 Karboni Milan təmsilçisinin heyətində iki titul qazanıb və Kişilər arasında Klub Dünya Çempionatında fərqlənməyi bacarıb. O, daha əvvəl “Montsa” və “Marsel” klublarının formasını da geyinib.

Argentina millisinin heyətində Karboni Amerika Kubokunun qalibi olub. Ötən mövsüm zədə səbəbindən az oyun təcrübəsi qazanan futbolçu cəmi 7 matçda iştirak edib və 1 qolla yadda qalıb.

“Transfermarkt” portalı Karboninin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Seçilən
59
50
90deqiqe.az

10Mənbələr