EN

Tramp Epşteyn işi üzrə məxfi sənədlərinin açıqlanmasını tələb edib

ABŞ Prezidenti Baş prokuror Pəm Bondiyə göstəriş verib: Bu saxtakarlığa dərhal son qoyulmalıdır…

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin işi üzrə böyük münsiflər heyətinin ifadələrinin bir hissəsinin məxfi statusunun ləğv olunmasını tələb edib. O, baş prokuror Pəm Bondiyə göstəriş verərək, bu addımın məhkəmənin razılığı ilə həyata keçirilməsini istəyib.

Tramp bu bəyanatı öz sosial şəbəkəsi Truth Socialda yayımlayıb: “Ceffri Epşteynə bu qədər absurd diqqətin göstərilməsinə əsaslanaraq, Baş Prokuror Pəm Bondidən müvafiq böyük münsiflər heyətinin ifadələrinin məhkəmənin icazəsi ilə açıqlanmasını xahiş etdim. Demokratların həyata keçirdiyi bu SAHTAKARLIQ dərhal başa çatmalıdır”.

Pem Bondi isə X sosial platformasında Trampa cavab verərək bildirib: “Prezident Tramp, biz sabahdan məhkəməyə böyük münsiflər heyətinin ifadələrinin məxfi sənəd statusunun ləğv olunması ilə bağlı təqdimat verməyə hazırıq”.

Qeyd edək ki, bu çağırış The Wall Street Journal qəzetində Trampın Epşteynin 50 illik yubileyinə göndərdiyi “ədəbsiz” açıqca barədə dərc olunmuş məqalədən sonra səsləndirilib. Həmin məqalə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub və Trampın bu məsələ ilə bağlı daha şəffaf mövqe tutmasına təzyiqləri artırıb.

Tramp və Bondi bu addımı “siyasi motivli təqiblərə” qarşı bir cavab kimi qiymətləndirirlər. Demokratlar isə bu tələbi Epşteyn işi üzrə istintaqın siyasiləşdirilməsi kimi qiymətləndirirlər.

Poliqon.info

Chosen
100
50
poliqon.info

10Sources