AZ

Tramp yüzlərlə məhkəmə iddiası ilə üzləşib

AzVision.az xəbər verir ki, “The Washington Times (WP)”nəşrinin yazdığına görə, Donald Tramp ikinci dəfə ABŞ prezidenti səlahiyyətlərini icra etdiyi ilk 6 ayda onun administrasiyasının hərəkətlərinə etiraz edən ən azı 500 məhkəmə iddiası ilə qarşılaşıb. Bu isə hər bir iş günü üçün dörd iddia deməkdir.

Qəzetin Trampın məhkəmə işləri ilə bağlı təhlilinə əsasən, işlərin 75%-də hakimlər Amerika liderinin mövqeyinə zidd qərarlar veriblər.

“Bu işlərin təxminən 50-si Trump administrasiyasının bəzi əcnəbi tələbələri immiqrasiya sənədlərindəki pozuntulara və mühakimə olunduqlarına görə ABŞ-dən deportasiya etmək cəhdinin bir hissəsini təşkil edir. Lakin prezidentin komandası bu işlərin təxminən 90%-ni artıq uduzub”, - materialın müəllifi vurğulayırlar.

Jurnalistin ehtimalına görə, Ağ Ev rəhbərinə qarşı müxalif mövqe tutan hakimlər Trampın sələfləri-prezidentlər Barak Obama və Co Bayden tərəfindən təyin olunan şəxslərdir.

Bundan əvvəl ABŞ-də Trampın siyasətinə qarşı hətta kütləvi etirazların planlaşdırıldığı da bildirilirdi.

Sahil İsgəndərov
AzVision.az
phrase_var_article.chosen
44
50
azvision.az

10phrase_var_article.sources