AZ

Tramp Administrasiyası Afrika üçün nəzərdə tulan 10 milyon dollarlıq dərmanı məhv edəcək

Tramp Administrasiyası Afrikada qadınlar üçün nəzərdə tutulan dərmanları məhv edəcək.

AzPost xəbər verir ki, ABŞ-da Tramp administrasiyası təxminən 10 milyon dollar dəyərində qadınlar üçün nəzərdə tutulmuş kontraseptiv dərmanları – spiral və hamiləlik əleyhinə implantları məhv etmək qərarına gəlib. Bu prosesin özü də 167 min dollara başa gələcək.

ABŞ rəsmilərinin sözlərinə görə, bu dərmanlar əsasən Afrikadakı qadınlara, o cümlədən münaqişə bölgələrində və qaçqın düşərgələrində yaşayanlara göndərilməli idi.

Senator Jeanne Shaheen bu qərarı tənqid edərək bildirib ki, bu həm vergi pullarının israfıdır, həm də dünyada qadınların sağlamlığına göstərilən dəstəkdən imtina etməkdir. O və senator Brian Schatz dərmanların məhv edilməsinin qarşısını almaq üçün qanun layihəsi təqdim ediblər.

AzPost.az

Seçilən
39
4
azpost.info

10Mənbələr