AZ

Tramp Epşteynə çılpaq qadın şəkli hədiyyə edib

ABŞ prezidenti 2003-cü ildə maliyyəçi Epşteynin 50 illik yubileyi üçün qeyri-adi hədiyyə göndərib…

Poliqon xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, 2003-cü ildə maliyyəçi Cefri Epşteynin 50 illik yubileyi münasibətilə aldığı məktublar arasında hazırkı ABŞ prezidenti Donald Trampın imzası olan qeyri-adi bir yazı da yer alıb. Həmin təbrik yazısında çılpaq qadın şəkli və ətrafında çap olunmuş mətn parçaları olub. Mətnin sonunda isə belə yazılıb: “Ad günün mübarək, qoy hər gün daha bir möhtəşəm sirr olsun.”

Nəşrin məlumatına əsasən, bu hədiyyə Epşteynin zəngin və nüfuzlu dairələrlə yaxın münasibətlərinə işarə edir. Təbrikin nə qədər ciddi və ya zarafat məqsədli olduğu dəqiq bilinmir, lakin məzmunu ictimaiyyətdə və mediada rezonans doğurub.

Mövzuya reaksiya olaraq prezident Tramp sosial şəbəkə platforması Truth Social-da paylaşım edərək "The Wall Street Journal" qəzetinə qarşı məhkəmə iddiası qaldıracağını bildirib. Tramp bu iddianın yalan və nüfuzuna xələl gətirmək məqsədli olduğunu deyib.

Xatırladaq ki, maliyyəçi Cefri Epşteyn 2019-cu ildə azyaşlıların alverində ittiham olunaraq həbs olunmuşdu və daha sonra həbsxanada ölü tapılmışdı. Rəsmi versiyaya görə, Epşteyn intihar edib. Lakin bir çoxları onun ölümü ilə bağlı sualların cavabsız qaldığını düşünür və “Epşteynin siyahısı” kimi tanınan – guya bu işdə iştirak edən nüfuzlu şəxslərin adlarının yer aldığı sənədin mövcudluğuna inanır.

ABŞ Ədliyyə Nazirliyi son günlərdə Epşteynin ölümünün intihar olduğunu bir daha təsdiqləyib və “müştəri siyahısı”nın olmadığını açıqlayaraq bu iş üzrə sənədlərin dərcini dayandırıb. Bu qərar, Tramp tərəfdarlarının ciddi etirazına səbəb olub. Onlar tam açıqlamanın verilməsini və “Epşteyn işi”nin tam şəkildə ictimaiyyətə təqdim edilməsini tələb edirlər.

Poliqon.info

Seçilən
103
50
poliqon.info

10Mənbələr