Prezidenti Volodimir Zelenski Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
"Volodimir Zelenski Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif edib", - nəşrlər bildirir.
Məlumatlarda o da vurğulanır ki, Prezident yaxın vaxtlarda yeni hökumətin fəaliyyət proqramının təqdim olunmasını gözləyir.
Xatırladaq ki, Yuliya Sviridenko Baş nazirin birinci müavini və iqtisadiyyat naziridir. O, ABŞ ilə danışıqlar aparıb. ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası saziş imzalayıb. Bu fond yeni faydalı qazıntı hasilatı lisenziyalarından əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək, Ukrayna və ABŞ tərəfindən bərabər şərtlərlə idarə olunacaq.