AZ

Ukrayna Ali Radasında gərginlik - Zelenskinin baş nazir etmək istədiyi Yuliyanın qardaşı ölkədən qaçıb?

Ukrayna Ali Radasının deputatı Maryana Bezuhla Zelenskinin yeni baş nazir postunu təklif etdiyi Yuliya Sviridenkonun qardaşı Vitali Sviridenkonun müharibə şəraitində Londona təhsil almağa gedib geri qayıtmamasını sərt tənqid edib.

Musavat.com xəbər verir ki, deputat Vitalinin 2021-ci ilin noyabrına qədər Ukraynada aktiv olduğunu bildirib.

Deputat qeyd edib ki, Vitali Sviridenkon Çerniqov Atıcılıq Federasiyasına rəhbərlik edib, yəni Rusiya-Ukrayna müharibəsinin başlanmasına qədər ölkədə fəaliyyət göstərib. Lakin müharibə başlayandan sonra Böyük Britaniyada qalmağa qərar verib.

Maryana Bezuhla Yuliya Sviridenkonu peşəkar biri kimi tanıdığını qeyd etsə də, belə halların ictimaiyyətə izah olunmasının vacib olduğunu vurğulayıb. Deputat həmçinin Yuliya Sviridenkoya bu məsələyə münasibət bildirməyi təklif edib.

Musavat.com

Seçilən
4
21
musavat.com

10Mənbələr