AZ

Zelenski Ukraynanın iqtisadiyyat naziri Sviridenkoya baş nazir postunu təklif edib


Xəbər verilir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkoya baş nazir postunu təklif edib.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında yazıb ki, Ukrayna baş nazirinin müavini və iqtisadiyyat naziri Sviridenkonu öz kabinetində qəbul edib.

Ötən həftə İtaliyanın ev sahibliyi etdiyi “Ukraynanın Yenidənqurulması Konfransı”nda əldə olunan razılaşmalar barədə Sviridenkodan hesabat aldığını qeyd edən Zelenski, “Biz dövlətimizin və cəmiyyətimizin sabitliyinə dəstək verə biləcək hər şeyi ən qısa zamanda həyata keçirməliyik” dedi.

Zelenski həmçinin Ukraynanın iqtisadi imkanlarını gücləndirəcək və yerli silah istehsalını artıracaq məsələlərə diqqət yetirdiklərini qeyd edib:

"Ona görə də biz Ukraynada icra hakimiyyətinin (hökumət) transformasiyasına başlayırıq. Mən təklif etdim ki, Yuliya Sviridenko Ukrayna hökumətinə rəhbərlik etsin və onun işini əhəmiyyətli dərəcədə yeniləsin. Mən yaxın vaxtlarda yeni hökumətin fəaliyyət proqramının təqdimatını səbirsizliklə gözləyirəm".

Son həftələrdə həm Ukrayna, həm də xarici mətbuatda yer alan bəzi xəbərlərdə Zelenskinin Ukraynanın baş naziri Denis Şmıqalı ABŞ-a səfir təyin edə biləcəyi iddia edilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
10
21
aia.az

10Mənbələr