EN

“Sumqayıt” yeni transferi ilə müqavilə detallarını açıqladı

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt” FK-nın heyətində “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

Chosen
13
10
futbolpress.az

10Sources