AZ

Aleksa Yankoviç “Sumqayıt”da - Rəsmi

Serbiyanın “Radniçki 1923” klubunun sağ vingeri Aleksa Yankoviç bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2025/2026-cı illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu gün daha bir futbolçunun keçidini reallaşdırıb. Klub son olaraq Serbiyanın “Radniçki” komandasında çıxış etmiş Aleksa Yankoviçlə 2+1 illik müqavilə bağlayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt”ın heyətində “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Teleoptik”, “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. 2024-cü ilin fevralından “Radniçki”də çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində cəmi 18 oyun keçirib.

Yankoviç Serbiyanın U-16, U-19 və U-21 millilərində çıxış etsə də, əsas yığmada debüt şansı qazanmayıb.

“Sumqayıt” daha öncə Pedro Pintonu da heyətinə qatmışdı. İsa Suliman və Roi Kehatla yeni müqavilə bağlamış klub Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov və Silvanus Nimeli ilə də yollarını ayırmışdı.

Seçilən
7
10
arena.az

10Mənbələr