AZ

“Sumqayıt” növbəti transferini AÇIQLADI

"Sumqayıt" növbəti transferini gerçəkləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt” FK-nın heyətində “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
6
10
bizim.media

10Mənbələr