"Sumqayıt" növbəti transferini gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə "2+1" illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta