EN

Azərbaycan parataekvondoçusu Cənubi Koreyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

Həlledici raunnda Çin-Taypeyini təmsil edən idmançıya məğlub olan S.Zeynalov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Chosen
2
11
bakivaxti.az

10Sources