Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal əldə edib. SİA-nın məlumatına görə, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.
Finalda Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan S.Zeynalov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.