EN

"Mançester Yunayted" "Palmeyras"ın yarımmüdafiəçisini hədəfə alıb

"Palmeyras"ın yarımmüdafiəçisi Riçard Rios karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisinin skautları 25 yaşlı futbolçunun çıxışlarını yaxından izləyir.

Premyer Liqa klubu Riosu "Atalanta"nın yarımmüdafiəçisi Edersona daha "büdcəyə uyğun" alternativ kimi dəyərləndirir. Kolumbiyalının təxmini dəyəri 20–25 milyon avro arasında göstərilir.

Riçard Rios bu mövsüm "Palmeyras"la klublararası dünya çempionatının 1/4 finalına yüksəlib, turnirdə 5 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə o, cari mövsümdə bütün turnirlərdə 35 oyuna 4 qol və 4 assistlə fərqlənib.

Chosen
5
32
90deqiqe.az

10Sources